"Qalatasaray"ın hücumçusu Arda Turanın komandasına keçir

"Qalagtasaray"ın hücumçusu Halil Dervişoğlu karyerasını İstanbul digər komandasında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, türk futbolçu Super Liqaya yüksələn "Eyüpspor"la razılıq əldə edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

24 yaşlı forvard növbəti mövsümdə Arda Turanın baş məşqçisi olduğu komandada çıxış edəcək. "Sarı-qırmızılar" heyətdə düşünmədiyi oyunçu üçün "Eyüpspor"dan təzminat tələb etməyəcək.

Qeyd edək ki, "Qalatasaray" Halil Dervişoğlunu 2023-cü ilin yayında "Brentford"dan transfer edib. Türkiyə millisinin sabiq üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Hatayspor"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right