Türkiyənin AVRO-2024-dəki ilk oyununun hakim təyinatları açıqlandı

Türkiyə millisi AVRO-2024-ün qrup mərhələsinin birinci turunda Gürcüstanla qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.

Oyuna Argentinadan olan hakimlər briqadası təyinat alıb.

Baş hakim Fakundo Tellodur, ona yan xətt hakimləri Qabriel Çade və Esekyel Braylovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə litvalı Donatas Rumsas yerinə yetirəcək.

VAR-a ispaniyalı Alexandro Hernandes nəzarət edəcək.

Qeyd edəki ki, Türkiyə - Gürcüstan görüşü iyunun 18-də keçiriləcək və matça Bakı vaxtı ilə 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right