"Bizdə intensivlik çatışmırdı" Danimarka millisinin baş məşqçisi

“Düşünürəm ki, ilk hissəni yaxşı keçirdik, lakin 70 dəqiqədən sonra bir az enerji itirdik. Bizdə intensivlik çatışmırdı və çox passivləşdik. Bir neçə yaxşı şansımız oldu, gözəl əks-hücum etdik. Ancaq ondan yararlana bilmədik. Enerji bütün matç boyunca olmalıdır".

Newsport.az xəbər verir ki, bu sözləri Danimarka millisinin baş məşqçisi Kasper Yulmann Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Sloveniya ilə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra deyib.

O, daha sonra bildirib: "Bəzən 1:0 öndə olanda və ikinci qolu vurmayanda, sonra nəsə baş verir. Buna görə də ikinci qolu vurmaq çox vacib idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right