"Dinamo" azərbaycanlı hücumçunu buraxmaq fikrində deyil: "Heç nə alınmayacaq"

Almaniyanın "Dinamo"(Berlin) klubu "Hallesşer"in Rüfət Dadaşovla maraqlanması ilə bağlı yayılan məlumatlara cavab verib.

Newsport.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, klubun iqtisadi şurasının rəhbəri Piter Meyer Rüfətin guya az təzminat alması ilə bağlı yayılan məlumatlardan danışıb:

"Dadaşovun getməsi ilə bağlı heç bir bənd yoxdur və Rüfət özü də bunu etmək istəmir. Bunlar sadəcə şayiələrdir, nöqtə”.

"Dinamo"nun idman direktoru Ancelo Vier də buna reaksiya verib: “Rüfətə görə bizə təklif gəlməyib. Rüfətin təzminat bəndi həqiqətə uyğun deyil. Bu söz-söhbətdir, bilmirəm haradan gəldi. Bizim tərəfimizdən hər şey deyilib. Heç nə alınmayacaq”.

Millimizin hücumçusu özü də məsələ haqda bunları bildirib: “Ola bilsin ki, “Hallaşer”dən kimsə mənimlə maraqlanır. Amma mənim üçün problem deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right