"Barselona"dan ayrılacaq, Kataloniyanı tərk etməyəcək

"Barselona"nın kapitanı Serxi Roberto yeni sezona yeni komandada başlayacaq.

Newsport.az "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçiy "Jirona" ilə danışıqlar aparır.

Kataloniyanın digər təmsilçisi olan "Jirona"nın 32 yaşlı futbolçu ilə razılıq əldə etdiyi bildirilir.

"Valensiya"nın da transfer siyahısında olan Roberto Kataloniyan tərk etməmək üçün "Jirona" seçiminə üstünlük verəcək.

Roberto yalnız "Barselona"da oynayıb. O, əsas komandada 2010-cu ildə debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right