"Beşiktaş" "Qalatasaray"a müraciət etdi

“Qalatasaray”ın futbolçusu Berkan Kutlu icarəyə verilə bilər.

Newsport.az “Fanatik”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya “Beşiktaş”dan təklif gəlib.Yeni mövsüm çempionluq uğrunda oynamağı hədəfləyən “qara qartal” Berkan üçün “Qalatasaray”a müraciət edib.

Hələ ki, “cim-bom”dan qarşı tərəfə konkret cavab verilməyib.İsveçrədə dünyaya göz açan türkiyəli “Monte”, “Sion”, “Alanyaspor” komandalarında çıxış edib və 2021-ci ildə “Qalatasaray”la anlaşıb.

O, 2023/2024 mövsümünün ilk yarısını “Cenoa”da icarə əsasında keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right