Ölkə xaricində oynayan azərbaycanlını Premyer Liqa klublarımız istədi

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasında yer alan klubların transfer siyahısında yer alıb.

Newsport.az-ın məlumatına görə, “Boluspor”un futbolçusunu istəyən komandalardan biri “Turan Tovuz”dur.

Onlardan digəri isə “Səbail”dir. Lakin yarımmüdafiəçi Azərbaycana qayıtmaq niyyətində deyil. O, “Boluspor”da qalaraq ölkə xaricindəki çıxışını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, başa çatan mövsümün qış fasiləsində “Eqnatiya”dan “Boluspor”a keçmiş millimizin futbolçusu 2025-ci il iyunun 30-na qədər Türkiyə birinci liqası təmsilçisinə məxsusdur





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right