“Bu, yaxşı başlanğıc deyil" Zlatko Daliç

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda İspaniyaya məğlub olduqları matçı şərh edib.

Newsport.az-ın məlumatına görə, onun komandası rəqibinə 0:3 hesabı ilə uduzub.

“Bu, yaxşı başlanğıc deyil, amma İspaniyanı qələbə münasibətilə təbrik edirəm. Enerjimiz və aqressivliyimiz çatışmırdı və səhv ucbatından ilk qolu buraxdıq. Ən pisi odur ki, fasiləyə qədər birinci hissədə qol buraxdıq. Biz buna imkan verməməliydik, oyunu həmin vaxt itirdik.

Nəyin səhv olduğunu təhlil edəcəyik. Rəqibə çox vaxt və yer verdik, cəzalandıq. Qrup mərhələsində iki oyunumuz var. Biz onlara diqqət yetirməli və iki qələbə üçün çalışmalıyıq”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right