"Brayton"un yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Roberto De Zerbinin istefasından sonra boş qalmış bu vəzifəyə Fabian Hürzeler təyin edilib. Almaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 31 yaşlı çalışdırıcı Premyer Liqa tarixində ən gənc baş məşqçi olub.
Qeyd edək ki, F.Hürzeler "St. Paulu"da işləyib.