"Liverpul"un qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina etdi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Alissonu heyətinə qatmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, "Liverpul"un qolkiperi ərəblərin marağına baxmayaraq, İngiltərədə qalmağı seçəcək.

O, öz agentinə də bu barədə məlumat verib. Səudiyyəlilər 31 yaşlı qolkiper üçün təklif irəli sürüblər, amma braziliyalını razı sala bilməyiblər.

Braziliya millisinin qapıçısı "İnternasyonal" və "Roma"da oynadıqdan sonra 2018-ci ildə "Liverpul"a keçib.

Alisson 2027-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsusdur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right