Çexiya millisinin üzvü İspaniya klubunda

"Jirona" Çexiya millisinin mərkəz müdafiəçisini transfer edib.

Newsport.az xəbər verir ki, İspaniya klubu "Sparta"dan (Praqa) Ladislav Kreyçi heyətinə qatıb. 

Bunun üçün isə qarşı tərəfə 12 milyon avro ödənilib.

25 yaşlı futbolçu "Sparta"nın heyətində 148 oyun keçirib, 44 qol vurub və 12 məhsuldar ötürmə edib. O, “Zbroyovko Brno” və “Sparta” komandalarında çıxış edib.

"Jirona" başa çatan mövsümü 81 xalla 3-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right