Milli komandanın qapıçısı dünyasını dəyişdi

Monteneqro millisinin 26 yaşlı qolkiperi Matiya Sarkiç dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, Sarkiç xəstəlikdən vəfat etdiyi bildirilir.

Monteneqrolunun bu gün səhər saatlarında Budvadakı evində vəziyyəti pisləşib. Dostları təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb. 

Sarkiç ötən həftə Monteneqro yığmasının heyətində Belçikaya qarşı çıxış etmişdi.

O, "Aston Villa", "Viqan", "Livinqston", "Vulverhempton", "Birmingem", "Stok Siti" klublarında oynadıqdan sonra ötən mövsüm "Milloul"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right