Berti Foqts: "Hər zaman gözüm "Qarabağ"ı axtarır"

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts İctimai TV-yə açıqlama verib.

Newsport.az xəbər verir ki, almaniyalı məşqçi "Qarabağ"dan və Azərbaycan futbolundan qısa danışıb: 

"UEFA-nın klub turnirlərində hər zaman gözüm "Qarabağ"ı axtarır. "Qarabağ"ın baş məşqçisi var idi....Azərbaycanda işlədiyim vaxt çox yaxşı illər idi. Azərbaycanlıları çox bəyənirəm. Mən orada Almaniyadan olan yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların mənə münasibəti çox gözəl idi. Jurnalistlərin də, həmçinin".

77 yaşlı mütəxəssis 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right