Almaniya millisinin üzvü "Liverpul"a keçir

"Liverpul" bu yay heyətinə almaniyalı müdafiəçi cəlb etməyi planlaşdırır.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya millisinin və "Ştutqart"ın mərkəz müdafiəçisi Valdemar Anton Mersisayd klubuna keçidə yaxındır.

İngilislər 27 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlara start veriblər.

Antonun transferi üçün "Liverpul" 22,5 milyon avrosundan keçməlidir.

"Ştutqart"ın futbolçusunu istəyənlər arasında "Borussiya" və "Bayer" (Leverkuzen) də var. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right