İtaliya millisində itki Avro-2024-ün ilk oyununu buraxacaq

İtaliya millisinin  və “Yuventus”un mərkəzi yarımmüdafiəçisi Nikolo Faqioli komandasının Avro-2024-dəki ilk oyununu buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Sky İtalia" məlumat yayıb. Komanda ilk turda Albaniya ilə üz-üzə gələcək.

23 yaşlı yarımmüdafiəçi Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə zədələndiyi üçün bu matçda iştirak etməyəcək.

Faqioli bir neçə məşqi buraxıb və cümə axşamı İtaliya millisinin ümumi məşqlərinə qayıdıb. Lakin futbolçu diskomfort hiss edib və məşqçilər korpusu ona istirahət vermək qərarına gəlib.

İtaliya - Albaniya oyunu iyunun 15-də Dortmundda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right