“Əl-Nəsr” “Liverpul”un müdafiəçisi Vircil van Deyki transfer etməyə hazırlaşır.
Newsport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisinin klub rəhbərliyi artıq Van Deykin nümayəndələri ilə görüş keçirib. Klub 32 yaşlı futbolçuya onu dünyanın ən yüksək maaşlı müdafiəçisi edəcək müqavilə təklif edib.
Van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. O vaxtdan bəri futbolçu "mersisaydlılar"ın heyətində bütün yarışlarda 270 oyuna çıxıb, 23 qol vurub və 12 qolun ötürməsini verib.