"Valensiya" Giorgi Mamardaşvilinin gedişindən sonra onu əvəzləmək üçün qapıçı tapıb.
Newsport.az-ın məlumatına görə, "yarasalar" "Rayo Valyekano"nun qapıçısı Stole Dimitrievski ilə danışıqlara başlayıb.
"Valensiya" artıq 30 yaşlı qolkiperi razı salıb. Şimali Makedoniya millisinin qapıçısı ilə iki 2 illik müqavilə imzalanacaq.
Dimitrovski karyerası ərzində "Rabotniçki", "Qranada", "Ximnatsik" klublarında oynadıqdan sonra 2019-cu ildə "Rayo Valyekano"ya keçmişdi.