"Milan" Paulo Fonsekanın baş məşqçi vəzifəsinə təyinatını rəsmiləşdirib.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Fonsekanın illik maaşı isə 3,5 milyon avro olacaq.
Qeyd edək ki, "Milan" ötən mövsüm 74 xal toplayıb və A Seriyasında ikinci yeri tutub. Əvvəllər komandaya Stefano Pioli başçılıq edirdi. Fonsekanın son klubu isə "Lill" olub.