"Milan" tezliklə yeni baş məşqçi təyinatını açıqlayacaq.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub baş məşqçi vəzifəsinə Paulo Fonsekanı gətirəcək. Onunla 2 illik müqavilə imzalanacaq.
Bildirilir ki, Fonseka "Milan"da illik 2,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Milan" ötən mövsüm 74 xal toplayıb və A Seriyasında ikinci yeri tutub. Əvvəllər komandaya Stefano Pioli başçılıq edirdi.
51 yaşlı Fonsekanın son klubu isə "Lill" olub.