Almaniya millisində itki

Almaniya millisinin yarımmüdafiəçisi Aleksandr Pavloviç Avro-2024-ü buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi tonzillit xəstəliyindən əziyyət çəkir. O, Avropa çempionatı üçün yığmanın yekun heyətinə daxil edilmişdi. Komandanın baş məşqçisi Yulian Naqelsmannın yaxın vaxtlarda Pavloviçə əvəzləyici seçəcəyi gözlənilir.

Qeyd edək ki, Avro-2024-ə Almaniya ev sahibliyi edəcək. Komanda A qrupunda Şotlandiya (14 iyun), Macarıstan (19 iyun) və İsveçrə (23 iyun) ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right