"Mançester Yunayted" ten Haqla bağlı qərarını dəyişdi

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Erik ten Haqla bağlı qərarını dəyişib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssisi postunda saxlayacaq. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

54 yaşlı məşqçi yeni mövsümdə də "qırmızı şeytanlar"a rəhbərlik edəcək. Yaxın zamanda onunla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır. Komanda başa çatan mövsümdə İngiltərə Kubokunun qalibi olub, Premyer Liqanı isə 8-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right