Levandovski Polşanın AÇ-dəki ilk oyununu buraxacaq

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.

Newsport.az-məlumatına görə, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verib.

O, təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədələndiyi üçün iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.

Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right