AÇ-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq

Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçından əvvəl əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad olunacaq.

Newsport.az-məlumatına görə, ev sahibi ölkə ilə Şotlandiya arasında baş tutacaq ilk oyundan öncə Almaniya milli komandasının sabiq kapitanları Yurqen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.

Mərasimdə AÇ-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi iştirak edəcək.

Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right