Ərəblər "Real"ın futbolçusuna 100 milyon avro təklif etdilər

"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Əl-Nəssr" almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Ərəblər 31 yaşlı mərkəz müdafiçisinə 4 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü başa çatan mövsümdə madridlilərin heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right