"Bavariya" iki müdafiəçi transfer etmək istəyir

Vinsent Kompanini baş məşqçi postuna gətirən "Bavariya" müdafiə xəttini yeni oyunçularla gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisi "Çelsi"dən Levi Koluill və "Bayer"dən Conatan Tanı transfer etmək istəyir. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Kompani həriki oyunçunu komandasında görmək istədiyini rəhbərliyə bildirib. "Bavariya" futbolçuların klubları ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Conatan Ta başa çatan mövsümdə "Bayer"lə Bundesliqa çempionluğu yaşayıb. 28 yaşlı müdafiəçi komandanın heyətində meydana çıxdığı 48 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Levi Koluill isə son mövsümdə "Çelsi" forması ilə keçirdiyi 32 matçda 1 qol vurub, 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right