Flik “Barselona”dan “Bayer”in ulduzunu istədi

“Barselona”nın yeni baş məşqçisi Hansi Flik klubun yeni transfer hədəfini müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, alman mütəxəssis klub rəhbərliyindən “Bayer”in əsas sağ cinah müdafiəçisi Ceremi Frimponq üçün pul tapmağı xahiş edib.

Flik hesab edir ki, “Barselona”nın sağ cinah müdafiəsində sürətli, keyfiyyətli oyunçu çatışmazlığı var və Frimponq bunun üçün ideal seçim ola bilər.

Hollandiyalı futbolçu bu yay Leverkuzen klubundan ayrılacağına qərar verib. Lakin o, AVRO-2024-ün bitməsini gözləmək istəyir və bundan sonra ulduz futbolçu klublarla danışıqlar aparacaq.

Həmçinin, “Bayer” Kataloniya təmsilçisindən Ansu Fatini də almaq istəyir.

Qeyd edək ki, “Bayer”in tarixdə ilk dəfə Bundesliqanı qazandığı ötən mövsümdə, Frimponq bütün yarışlarda 47 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right