“Napoli”nin kapitanı “Yuventus”a keçir

Covanni Di Lorentso kapitanı olduğu “Napoli”ni tərk etmək üzrədir. 

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını “Yuventus”da davam etdirəcək. 

Di Lorentso artıq Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Transferin reallaşması üçün iki klub arasında razılıq əldə olunmalıdır. 

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte Di Lorentsonu fikrindən daşındırmağa çalışsa da, istəyinə çata bilməyib. Futbolçu qərarında qəti olduğunu söyləyib.

Digər iddiaya görə, “Napoli” Di Lorentsonu “Yuventus”un hücumçusu Federiko Kyeza ilə dəyişdirə bilər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right