“Karyeramı harada davam etdirəcəyimi bilmirəm” “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Oriol Romeu gələcəyi haqda danışıb.

Newsport.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını harada davam etdirəcəyini bilmədiyini söyləyib:

“Karyeramı harada davam etdirəcəyimi bilmirəm. Amma futbolu tərk etmək fikrində deyiləm. Mümkün qədər uzun müddət futbolda qalmaq istəyirəm”.

Romeu ötən yay 3,4 milyon avroya “Jirona”dan “Barselona”ya keçmişdi. Futbolçunun “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Yarımmüdafiəçi ötən mövsüm 37 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib. “Barselona” mövsümün sonunda La Liqanı 2-ci yerdə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right