"Yuventus" "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir

"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo yenidən İtaliyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, "Yuventus" 24 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Corriere Di Torino" nəşri məlumat yayıb.

Turin təmsilçisi Zaniolo üçün 20 milyon avro ödəməyə hazırdır. İtaliyalı futbolçu özü də ölkəsində oynamağa isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Nikolo Zaniolonu 2023-cü ilin fevral ayında "Roma"dan transfer edib. İtaliya millisinin üzvü son mövsümü icarə əsasında "Aston Villa"da keçirib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right