Azərbaycanın veteran cüdoçularından Avropa çempionatında 11 medal

Azərbaycan idmançıları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

Newsport.az-ın məlumatına görə, 6-9 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.

Fərdi yarışların sonuncu günündə M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüsal Kərimov və -100 kq. çəkidə Elçin Məmmədov bürünc medal qazanıb. -90 kq. çəkidə Oqtay Paşayev 7-ci yerə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right