"Arsenal" transferdə "Yuventus"a rəqib oldu

"Yuventus"un transfer etmək istədiyi "Aston Villa"nın futbolçusu Duqlas Luis İngiltərədə qala bilər.

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçini Premyer Liqanın digər klubu "Arsenal" transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Aston Villa" maliyyə feyr-pley qaydalarını pozmamaq üçün oyunçu satmaq məcburiyyətindədir. "Arsenal" 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Aston Villa" Duqlas Luisi 2019-cu ilin yayında "Mançester Siti"dən transfer edib. Braziliya millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right