“Əl-Nəsr”in müdafiəçisi Emerik Laporte La Liqaya qayıtmaq istəyir.
Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu artıq adı açıqlanmayan İspaniya klublarından biri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Bununla belə, hazırda həmin klubla Səudiyyə Ərəbistanı təmsilçisi arasında razılıq yoxdur: “Əl-Nasr” 7 milyon avroluq ilk təklifi rədd edib və yeni təklifi dəyərləndirir.
Laporte bu mövsüm klubda bütün turnirlərdə 40 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 20 milyon avrodur. Səudiyyə Ərəbistanı Pro Liqasının 2023/2024 mövsümünün nəticələrinə əsasən, “Əl-Nəsr” 82 xal toplayaraq çempionatda ikinci yeri tutub.
30 yaşlı futbolçu “Baskoniya”, “Atletik”(Bilbao), “Mançester Siti”də oynadıqdan sonra 2023-cü ildə “Əl-Nəsr”ə keçib.