“Qarabağ”ın futbolçusu Kameruna qarşı oynadı

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi səfərdə Kamerunla qarşılaşıb.

Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Patrik Andrade də bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub.

3 turdan sonra 4 xal toplayan Kabo-Verde qrupda 6 komanda arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right