İbrahimoviç: “Mən bütün zamanların ən yaxşı oyunçusuyam”

PSJ, “Milan”, “Barselona” və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç Stokholmda (İsveç) keçirilən mərasimdə gənc nəslə mesaj verib.

Newsport.az-ın məlumatına görə, keçmiş futbolçu, gənc oyunçuların ondan örnək götürməli olduqlarını deyib:

“Böyük xəyallar qurmaqdan qorxma. Bacarmazsansa, mənim yoluma söykən və ondan güc al. Mən canlı sübutam ki, harada olursan ol, heç nə mümkünsüz deyil.

25 il əvvəl mən dünyanın ən yaxşısı olacağımı demişdim. Çox adam güldü, amma 25 ildən sonra burada dayanıb deyə bilərəm ki, mən bütün zamanların ən yaxşı oyunçusuyam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right