"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi son mövsümü icarə əsasında "Börnli"də keçirmiş Lorents Assinyonu transfer etmək istəyir. Bu barədə "TRT Spor" məlumat yayıb.
"Sarı-qırmızılar" 23 yaşlı sağ cinah müdafiəçisini yay təlim-məşq toplanışına kimi tamamlamağa çalışır.
Qeyd edək ki, Lorents Assinyon müqavilə ilə "Renn"ə məxsusdur. Fransalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Börnli"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.