Məşhur hücumçu zədələndi: Avro-2024-də oynamayacaq

Polşa milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, yığmanın hücumçusu Arkadiuş Milik sıradan çıxıb. "Yuventus"un futbolçusu Ukrayna ilə keçirilən yoldaşlıq oyununda (3:1) zədələnib.

30 yaşlı forvard Avropa çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Polşa seçməsi Avro-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right