"Beşiktaş"ın yeni baş məşqçisi "Qarabağ"ın futbolçusunun transferini istədi

"Qarabağ"ın futbolçusu Leandro Andrade karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş" kabo-verdeli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin yeni baş məşqçisi Covani  van Bronxorst klub rəhbərliyinə "Qarabağ"ın futbolçusunun transferi ilə bağlı razılıq verib. "Beşiktaş" 24 yaşlı vinger üçün 4 Azərbaycan çempionuna 4 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. Kabo-Verde millisinin üzvü son mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right