Avro-2024: 5 futbolçu İngiltərə millisindən kənarlaşdırıldı

İngiltərə milli komandasının Avro-2024 üçün yekun heyəti müəyyənləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Qaret Sautqeyt genis siyahıdan 5 nəfəri kənarlaşdırıb. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr zədə səbəbindən Avropa çempionatını buraxacaq. "Liverpul"dan Carell Kuansa və Körtis Cons, "Tottenhem"dən Ceyms Meddison və "Mançester Siti"dən Cek Qriliş isə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, İngiltərə milli komandası Avro-2024-ün C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right