Premyer Liqada VAR sistemi ilə bağlı vacib qərar

İngiltərə Premyer Liqasında VAR sisteminin tətbiqinin ləğv olunması ilə bağlı müzakirələr gedirdi.

Newsport.az-ın məlumatına görə, bu gün bununla bağlı klubların iştirakı ilə bağlı toplantı təşkil olunub.

Müzakirədə Premyer Liqada iştirak edən 20 klubun hər biri iştirak edib. Yalnız bir klub ("Vulverhempton") sistemin ləğv olunmasına səs verib. Çempionatın digər 19 iştirakçı isə VAR qalmasını istəyib.

Klubların istəyi ilə sistemin təkmilləşdirilməsi və səhvlərin minimuma endirilməsi üçün bəzi dəyişikliklər ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right