"Qalatasaray" sabah Okan Burukla yeni müqavilə imzalayacaq

"Qalatasaray" sabah baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun  mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi sabah 40 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil edəcəyini  açıqlayıb. Tədbir "Ali Sami Yen" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"ın baş məşqçisidir. O, komanda ilə ardıcıl 2 dəfə Superliqa çempionu olub. Həmçinin "Qalatasaray" bu mövsüm Türkiyə Superkubokunu da qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right