Türkiyə millisində 3-cü itki

AVRO-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, “ay-ulduzlular”ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.

Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AVRO-2024-ə aparılmayacağı bəlli olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right