Niketia üçün daha bir London klubu

Eddi Niketia Londonda qalacaq. Amma “Arsenal”ın hücumçusu bu dəfə paytaxtın digər klubunda forma geyəcək.

Newsport.az xəbər verir ki, “Fulhem” 25 yaşlı oyunçu üçün 30 milyon avro təklif edir. “Topçular” Niketianı satmaqda maraqlıdır, lakin Qana əsilli futbolçunun daha yüksək məbləğə layiq olduğunu düşünürlər.

2015-ci ildən “Arsenal” akademiyasında yetişən Eddi, son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkir. Bu səbəbdən bir sıra klublar onun transferində maraqlıdır. Amma hələlik ən yaxşı təklifi də elə “Fulhem” göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right