Mourinyo: "Roma"nın heç bir oyunçusu ilə maraqlanmıram"

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo “Roma”nın hücumçuları Romelu Lukaku və Paulo Dibalanı transfer etmək istədiyi xəbərinə münasibət bildirib.

Newsport.az "Goal"a istinadən xəbər verir ki, o deyib:

“Bunlar sadəcə olaraq əvvəlki klublarımdakı  oyunçularımın adlarıdır. “100 faiz demək istəyirəm ki, “Roma”nın heç bir oyunçusu ilə maraqlanmıram”.

Qeyd edək ki, iyunun 2-də “Fənərbaxça” Mourinyo ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right