Ronaldodan Mbappenin "Real"a keçidinə münasibət

"Real"ın sabiq hücumçusu Kriştiano Ronaldo Kilian Mbappenin Madrid təmsilçisinə keçməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, Mbappenin transfer paylaşımının altına bu şərhi yazıb: “Səni izləmək sırası məndədir. Sənin “Bernabeu”nu coşdurmağını izləməkdən şad olaram”.

Mbappe dünən Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, fransalı hücumçu "Real"a keçdiyini elan etdikdən sonra sosial şəbəkələrdə İspaniya klubu formasında uşaqlıq fotolarını, həmçinin 2009-cu ilin iyulundan 2018-ci ilin iyulunadək Madrid təmsilçisinə çıxış edən Kriştiano Ronaldo ilə birgə fotosunu yerləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right