Mbappe "Real"dakı forma nömrəsinə qərar verdi

"Real"ın hücumçusu Kilian Mbappe yeni komandasında oynayacağı nömrə ilə bağlı qərar verib.

Newsport.az jurnalist Fabrizio Romanonun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, fransalı futbolçu Madrid təmsilçisində 9 nömrəli formada çıxış edəcək. Qeyd olunur ki, Mbappe "Real"dan qarşıdakı mövsüm üçün ona 10 nömrə təqdim etməyi tələb etməyib. Kilian müqaviləsini növbəti mövsüm üçün uzatmış yarımmüdafiəçi və klub əfsanəsi Luka Modriçə hörmət edir.

Qeyd edək ki, dünən "Real" K.Mbappe ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right