Raşid Qezzal "Beşiktaş"dan ayrıldı

"Beşiktaş"ın futbolçusu Raşid Qezzal komandadan ayrılıb.

Newsport.az xəbər verir ki, Əlcəzair millisinin üzvü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İstanbul klubu ilə müqaviləsi başa çatan futbolçu klub və azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, 2020-ci ildən "Beşiktaş"da çıxış edən 32 yaşlı yarımmüdafiəçi "Lion", "Monako", "Lester" və "Fiorentina"da da oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right