Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo Avro-2024 öncəsi komandasının ilk yoldaşlıq oyununu buraxacaq.
Newsport.az xəbər verir ki, bu barədə "O Jogo" məlumat yayıb.
Ronaldo qarşıdan gələn Avropa çempionatına hazırlıq çərçivəsində Finlandiya ilə oyunda (4 iyun) iştirak edə bilməyəcək. O, Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra millinin məşqçilər korpusundan bir həftəlik məzuniyyət alacaq. Eyni səbəbdən "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neves də Finlandiya ilə matçı buraxacaq. Hər iki futbolçu gələn həftəsonu milli komandaya qoşulacaq.
Xatırladaq ki, Avro-2024 başlamazdan əvvəl Portuqaliya Xorvatiya (8 iyun) və İrlandiya ilə (11 iyun) də qarşılaşacaq.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qrup mərhələsində Portuqaliyanın rəqibləri Çexiya, Gürcüstan və Türkiyədir.