“Real”da əbədi qalmaq istəyirəm” Braziliyalı futbolçu

“Real”in hücumçusu Vinisius Junior komandadakı gələcəyi ilə bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu “Real”da əbədi qalmaq istədiyini bildirib:

“Mən “Real”da əbədi qalmaq istəyirəm. Ümid edirəm ki, klub prezidenti Florentino Peres mənim sözlərimi eşidəcək və yeni müqavilə təklif edəcək”.

Dünən Çempionlar Liqasının finalında “kral klubu” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Qollardan birini braziliyalı futbolçu vurub.

Vinisius 2018-ci ildən “kral klubu”nun şərəfini qoruyur. Tərəflər arasında müqavilə 2027-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right