Kadi “Qarabağ”a qayıtmaq istəyir

Rusiyanın “Krasnodar” klubunun futbolçusu Kadi Borges “Qarabağ”a qayıtmaq istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə “RB Sport” nəşri məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin yay transfer dönəmində komandanı tərk etmək ehtimalının yüksək olduğu bildirilib. “Krasnodar” oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır, sərfəli təklif olsa, transferə mane olmayacaq.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsümdə Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right