“Qarabağ” klubunun keçmiş futbolçusu Ansi Aqolli baş məşqçiliyə başlayıb.
Newsport.az-ın məlumatına görə, Albaniya millisinin sabiq müdafiəçisi ABŞ-da – gənclər liqasında baş məşqçi kimi çalışacaq. O, 2024/25 mövsümündə “FK Vestçester” klubunun U-16 komandasını çalışdıracaq.
Aqolli 2010-19-cu illərdə “Qarabağ”ın formasını geyinib.